Ölkə

Nazir: "Bu yarışlar ölkəmizin inkişafına xidmət edəcək"

13 Fevral 2018 11:23
Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda indiyənə qədər keçirilən beynəlxalq idman yarışları ölkəmizə böyük faydalar gətirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Gənclər və idman naziri Azad Rəhimov Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları 2018" adlı konfransda çıxışı zamanı deyib.

A.Rəhimov bildirib ki, Azərbaycan 1-ci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran Prisi və digər böyük tədbirlərə ev sahibliyi edib. Nazir vurğulayıb ki, bu cür idman yarışlarından ölkəmizə böyük miraslar qalıb. Nazir qeyd edib ki, bu cür böyük idman yarışlarının keçirilməsi nəticəsində Azərbaycanın idman infrastrukturu inkişaf edib, ölkəmizin təşkilatçılıq qabliyyəti artıb:

"Burada insan kapitalı amili də mühüm rol oynayır. Artıq Azərbaycanda könüllülər ənənəsi formalaşıb. Azərbaycan könüllüləri artıq başqa ölkələrdə keçirilən yarışlarda iştriak edirlər. Birinci Avropa Oyunlarında iştirak edən könüllülərimiz Minskdə keçiriləcək növbəti Avropa Oyunlarda iştirak edəcək".

Bu il Azərbaycanın daha bir neçə mötəbər beynəlxalq yarışlara ev sahibliyi edəcəyini diqqətə çatdıran A.Rəhimov vurğulayıb ki, bütün bu yarışlar ölkəmizin inkişafına xidmət edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.