Ölkə

Çevik polislər xəstə uşaqlar üçün qan verdilər - FOTO

12 Fevral 2018 18:54
4 Şərh     Baxış: 1 370
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"na və Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşən "Talassemiyasız həyat naminə" proqram layihəsinə uyğun olaraq qanvermə aksiyaları keçirilir. "Qan ver, yaşat!" devizi altında həyata keçirilən bu nəcib və humanist aksiyada  daxili işlər orqanlarının əməkdaşları da həmişə fəal iştirak edirlər.

DİN-dən Milli.Az-a veriən məlumata görə, növbəti belə tədbir fevralın 12-də DİN-in Əlahiddə Çevik Polis Alayında Səhiyyə Nazirliyinin B.Eyvazov adına Respublika Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşkilatçılığı və dəstəyi ilə baş tutub.

Polis əməkdaşları bu nəcib təşəbbüsə qoşulmağı hər kəsin vətəndaşlıq borcu olduğunu bildiriblər. Onlar əvvəlcə tibbi müayinədən keçirilib, sonra isə qan veriblər.

Qeyd edək ki, gün ərzində yığılmış qan Mərkəzi Qan Bankına təhvil veriləcək və talassemiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.