Ölkə

Fədayə Laçın Əfv Məsələləri Komissiyasına müraciət etdi

12 Fevral 2018 17:05
4 Şərh     Baxış: 2 841

Həbsdə olan müğənni Fədayə Laçın bağışlanmaq üçün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət edib.

Milli.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə açıqlamasında F.Laçının vəkili Türkel Süleymanlı deyib.

Vəkilin sözlərinə görə, F.Laçın özü komissiyaya müraciət göndərib: "Mənim iştirakım olmayıb. Fədayə xanım özü birbaşa təcridxanadan yazılı şəkildə komissiyaya müraciət edib".

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə Fədayə Məmmədova (Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsindəki həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Milli.Az

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Ay(vetenperver qiz) · 12 Fevral 17:2101

    Belkede 8marta cixar Allahin komekliyi ile.

    Cavab yaz
  • Anonim
    Bakili · 12 Fevral 20:0500

    Fədayə Laçın kürddür. İnşallah içərdə qalar ağlı başına gələr. Dövlətə qarşı çıxmaq bilsin nə deməkdir.

    Cavab yaz
  • Anonim
    ZAUR · 12 Mart 23:4600

    LƏNKARAN RAYUNO MAMUSTA

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.