Ölkə

Yolu zəbt etdilər, sonra da avtobus sürücüsünü təhqir etdilər - VİDEO

12 Fevral 2018 17:43
1 Şərh     Baxış: 1 642

Milli.Az xəbər verir ki, ictimai nəqliyyatın təhlükəsiz və rahat fəaliyyətini təmin etmək üçün vacib olan şərtlərdən biri də bu xidmətdən istifadə edən sərnişinlərin qoyulan tələblərə və qaydalara əməl etməsi ilə bağlıdır. Elə buna görə də uzun müddətdən bəri "BakuBus" avtobuslarının salonunda sərnişinlər üçün təhlükəsizlik və davranış qaydaları fasiləsiz olaraq səsləndirilir. Buna baxmayaraq təəssüf ki, hələ də bəzi sərnişinlərimiz hər gün həmin anonslarda səsləndirilən qaydaları pozmaqda israr edirlər. Qaydalara görə sərnişinlər avtobusu gözləyərkən yolun hərəkət hissəsinə çıxmamalıdırlar. Bu, sərnişinlərin həyatı üçün təhlükə yaratmaqla yanaşı, həm də avtobusun dayanacağa normal daxil olmasına və çıxmasına ciddi maneə yaradır.

"BakuBus" MMC tərəfindən Milli.Az-a təqdim olunan videogörüntüdə sərnişinlərin avtobusun hərəkət zolağına çıxması, öz həyatlarını təhlükə altına atmaları və sərnişinin sürücünü günahsız yerə təhqir etməsi əks olunur.

Hadisə 08.02.2018-ci il tarixində saat 17:41 radələrində 5 saylı marşrut xətti üzrə  N.Nərimanov m/s-dan  20-ci sahə istiqamətinə hərəkət edən "BakuBus"a məxsus 99JX-221 dövlət qeydiyyat nişanlı avtobusun Dəmir yolu vağzalı dayanacağına yaxınlaşarkən baş verib.

Videogörüntüdən aydın olur ki, avtobusun hərəkət zolağına çıxan sərnişinlər öz həyatlarını təhlükəyə atmaqla yanaşı avtobusun dayanacağa daxil olmasına maneə yaradır, hətta bir sərnişinlər avtobusun guya onların üzərinə sürüldüyünü iddia edərək sürücünü təhqir edir.

Bu cür hallar avtobusun sünü şəkildə dayanacaqda ləngiməsinə, öz zolağında hərəkət imkanlarını məhdudlaşdırmasına, sürücülərdə stress vəziyyətinin yaranması ilə yanaşı bədbəxt hadisələrə də gətirib çıxara bilər.

"BakuBus" bir daha sərnişinləri qaydalara əməl etməyə dəvət edir, onları avtobusun hərəkət zolağına çıxmamağa, təhlükəsizlik və davranış qaydaılarına əməl etməyə çağırır.

İlkin İzzət

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yolu zəbt etdilər, sonra da avtobusun sürücünü təhqir etdilər

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Məmmədhəsən əmi · 12 Fevral 18:0400

    İnsanları qayda-qanuna Bakubus dəvət etməli deyil. Bu işlə polis məşğul olmalıdır. Birinci növbədə adamların yolu keçməsi üçün normal şərait yaradılmalıdır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.