Ölkə

11 qanunsuz miqrant saxlanıldı

12 Fevral 2018 15:30
0 Şərh     Baxış: 1 239
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçi­ril­miş tədbirlər za­ma­nı 7 nə­fər Nepal, 3 nəfər Hindistan və 1 Şri Lanka və­­tən­da­şı sax­­­la­nılıb.

Dövlət Miqrasiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı Hindistanda fəaliyyət göstərən Deepak adlı şəxsin Ukrayna və­tən­da­şı Vladislav Kobil ilə əlbir olaraq əcnəbilərin Azərbaycana gətirilməsini təşkil et­diyi məlum olub.

Belə ki, 3 nəfər Hindistan və 1 nəfər Şri Lanka vətəndaşının Avropaya getmək məqsədi ilə Deepaka müraciət etdiyi və onun həmin şəxslərin Azərbaycana göndərilməsini təşkil et­di­yi aşkarlanıb.

Deepakın respublikamızda əcnəbilərə müvəqqəti yaşama icazəsi alınması üçün Vladislav Kobil ilə əlaqəyə girdiyi və sonradan onları Avropa ölkələrinə gön­də­ri­lə­cək­ləri vədi ilə aldadaraq külli miqdarda və­sait­lə­rini mənimsədiyi məlum olub.

Eyni zamanda Deepakın 7 nəfər Nepal vətəndaşını da Azərbaycanda işlə tə­min ediləcəkləri vədi ilə aldadaraq külli miqdarda ödəniş qarşılığında Azərbaycana gön­­dər­di­yi müəyyən edilib.

Görülmüş tədbirlər nəticəsində əcnəbilərin Azərbaycana gətirilərək qanunsuz miqranta çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.