Ölkə

MTRŞ-dən efirlərə siqaret QADAĞASI

12 Fevral 2018 15:06
1 Şərh     Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Televiziyaların efirində siqaret çəkilməsi ilə bağlı məsələ Milli Televiziya və Radio Şurasının (MTRŞ) həyata keçirdiyi monitorinqlərin predmetidir.

Milli.Az xəbər verir ki, bu barədə report-a MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov report-a bildirib.

T.Dadaşov deyib ki, bununla bağlı müvafiq arayışlar hazırlanır: "Yayımçıların müvafiq qanunun icrasına adaptasiya prosesi gedir. Bu mənada hələ də efirlərdə müəyyən nöqsanlara yol verilir. Lakin bu cür halların kütləviləşməsinə imkan verilməyəcək".

Qeyd edək ki, Prezidentin sərəncamı ilə ötən il qüvvəyə minmiş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna əsasən, televiziya və videofilmlərdə, televiziya, video və kinoxronika proqramlarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağandır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.