Ölkə

BANM-ın məzunları 100% işlə təmin olu

12 Fevral 2018 13:45
Baxış: 1 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ildə ilk məzunlarını yola saldı. Keçən il Ali Məktəbi neft-qaz mühəndisliyi ixtisası üzrə 48 nəfər, kimya mühəndisliyi ixtisası üzrə 54 nəfər - cəmi 102 məzun bitirib.

Qeyd edək ki, məzunların əksəriyyəti artıq aparıcı şirkət və müəssisələrdə işləməyə başlayıb. Bəziləri isə, təhsillərini Azərbaycanın, eləcə də dünyanın nüfuzlu universitetlərində magistratura və PhD pilləsində davam etdirir. Məzunlar arasında ixtisasları üzrə işləyən və eyni zamanda təhsilini davam etdirənlər var.

Mühəndislik sahəsində ixtisasları beynəlxalq səviyyədə qəbul edilən BANM-in məzunlarının çalışdığı müəssisələr üzrə statistikası aşağıdakı kimidir:

Şikət/təşkilat

Ümumi say

STAR & PETKIM (TÜRKİYƏ)

24

AZNEFT İSTEHSALAT BİRLİYİ

18

SOCAR POLYMER

6

BAKI ALİ NEFT MƏKTƏBİ

6

HEYDƏR ƏLİYEV adına NEFT EMALI ZAVODU

5

BP

5

HALLIBURTON

2

MAİRE TECNİMONT

2

GİLAN HOLDİNG

2

SCHLUMBERGER

1

SOCAR Baş Ofis

1

SOCAR Ümid MMC

1

AZƏRİKİMYA

1

NİPİ Neftegas MMC

1

CƏMİ

75 nəfər

Qeyd edək ki, Ali Məktəbin 6 məzunu hazırda müddətli həqiqi hərbi xidmətdədir və xidməti başa vurduqdan sonra onlar əvvəlcədən əmək müqaviləsi bağladıqları Azneft İB-də işə başlayacaq.

Milli.Az xəbər verir ki, dünyada tətbiq olunan beynəlxalq standartların tələbləri səviyyəsində tədris prosesini həyata keçirən Ali Məktəbin məzunları enerji sektorunda fəaliyyət göstərən şirkətlərə işə düzəlməkdə çətinlik çəkmirlər. Belə ki, BANM-da təhsil alan tələbələr hər il tədris proqramlarının bir hissəsi kimi həmin şirkətlərin əksəriyyətində istehsalat təcrübə proqramları keçirlər. Bu yolla, məzun olmazdan qabaq həm şirkətlər tələbələri, həm də tələbələr şirkətləri yaxından tanımış olur.

Bundan başqa, enerji sektorunun nüfuzlu şirkətləri ilə sıx əməkdaşlıq və dostluq münasibətləri quran BANM-da mütəmadi olaraq həmin şirkətlərin rəhbər şəxsləri, menecerləri tədris müddəti ərzində tələbələrə master-klasslar, təlim və seminarlar keçir. Bu da tələbələrin həmin şirkətlərin fəaliyyətinə maraq göstərməsinə, gələcəkdə özlərini həmin şirkətlərin əməkdaşı kimi görməsinə imkan yaradır.

Təhsilini davam etdirməyi qərara almış BANM-ın məzunlarının ali məktəblər və ölkələr üzrə statistikasını aşağıdakı cədvəldə təqdim edirik:

Universitet

Ölkə

Say

Təhsil pilləsi

Kolorado Mədənlər Məktəbi

ABŞ

1 nəfər

PhD

Bakı Ali Neft Məktəbi

Azərbaycan

14 nəfər

Magistratura

Stanford Universiteti

ABŞ

1 nəfər

Magistratura

Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Proqramı

Azərbaycan

6 nəfər

Magistratura

Hamburq Texnologiyalar Universiteti

Almaniya

2 nəfər

Magistratura

Fredrix Aleksandr adına Nürnberq Universiteti

Almaniya

1 nəfər

Magistratura

Turin Politexnik Universiteti

İtaliya

1 nəfər

Magistratura

Milan Politexnik Universiteti

İtaliya

1 nəfər

Magistratura

Kataloniya Politexnik Universiteti

İspaniya

1 nəfər

Magistratura

Ege Universiteti

Türkiyə

1 nəfər

Magistratura

Debrecen Universiteti

Macarıstan

1 nəfər

Magistratura

Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti

Macarıstan

1 nəfər

Magistratura

Maliyyə və Administrasiya Universiteti

Çexiya

1 nəfər

Magistratura

CƏMİ

1 nəfər Ph.D və 31 nəfər Magistr

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin əsas məqsədi neft-qaz, kimya və proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə mühəndislik, texnologiya və dizayn kimi sahələrdə peşəkar ingilis dili bilikləri və bacarıqları olan yeni nəsil mühəndis kadrları hazırlamaqdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.