Ölkə

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş eksklüziv poçt markaları buraxılacaq

12 Fevral 2018 11:47
0 Şərh     Baxış: 348

"Azərmarka" MMC Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş eksklüziv poçt markaları seriyasını buraxacaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə şirkətin direktoru Leyla Güləliyeva deyib.

Onun sözlərinə görə, markalar məhdud sayda buraxılacaq və AAXC-nin yaranmasının 100 illiyinə həsr olunmuş sərgidə təqdim olunacaq: "Biz, həmçinin Novruz bayramına həsr olunmuş tematik markalar buraxmağı planlaşdırırıq. Üç markadan ibarət blokun buraxılışı nəzərdə tutulur ki, onlar da açıq satışa çıxarılacaq".

L.Güləliyeva xatırladıb ki, ötən ilin sonunda "Azərmarka" tematik markaların yer aldığı "Azərbaycan" kitabını nəşr etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.