Ölkə

Azərbaycanın xanım çempionunun evindən 70 min oğurlandı - FOTO

12 Fevral 2018 10:38
2 Şərh     Baxış: 6 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda məşhur xanım idmançının evi qarət olunub.

Milli.Az criminal.az-a istinadən xəbər verir ki, Azərbaycanın peşəkar taeкvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb. 

Cinayət ötən ilin sentyabrında törədilsə də, oğrunu tutumaq üçün polislər bir neçə ay istintaq-əməliyat tədbiri həyata keçirməli olub. Nəhayət, bir neçə gün əvvəl idmançının evindən içərisində 35000 manat və 18800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov həbs edildi. Onu Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşları yaxalayıb.
 
Oğurluq edən N.İsrafilov Fəridə Əzizovanın rəfiqəsinin sevgilisidir.  

Qeyd edək ki, F.Əzizova 2013-cü ildə Dünya Çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb. 2015 Avropa Oyunlarında qazanılmış yüкsəк nailiyyətlərə və Azərbaycan idmanının inкişafında böyüк xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Fəridə Əzizova Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci qadın taeкvondoçu oldu. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.