Ölkə

Magistraturaya sənəd qəbulu bu gün başa çatır

12 Fevral 2018 10:29
0 Şərh     Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Magistraturaya qəbul olmaq istəyən bakalavrlar üçün sənəd qəbulu bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən Milli.Az-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) "Şəxsi kabinet"indəki hesabına əlavə edir.

Bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 12 fevral saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir. Elektron ərizələrini DİM-də təsdiq etdirməli olan digər bakalavrlar isə tələb olunan sənədləri saat 17:00-dək Mərkəzin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən inzibati binasında yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.