Ölkə

Bakıda 7-ci sinif şagirdləri intim əlaqəyə girdi - Məktəbdə biabırçılıq - FOTO

9 Fevral 2018 19:53
1 Şərh     Baxış: 59 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhəri Səbail rayonunda yerləşən 134 nömrəli məktəbdə şagirdlər intim əlaqədə olub.

Milli.Az primetime.az-a istinadən xəbər verir ki, yayılan videoda olanların 7-ci sinifdə oxuduğu ehtimal edilir. Videoda şagirdlərin məktəbin geyinmə otağında cinsi əlaqədə olduqları açıq-aşkar qeydə alınıb.

Məsələ ilə bağlı sözügedən orta məktəblə əlaqə saxladıq. Məktəbin işçisi bu barədə məlumatsız olduqlarını bildirdi:

"Bu video barədə bizim məlumatımız yoxdur. Məsələ ilə bağlı rəhbərliyə məlumat veriləcək. Mənim açıqlama verməyə ixtiyarım yoxdur".

Mövzu ilə bağlı Təhsil Nazirliyinə; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmişik. Hər iki qurumun açıqlamasını yayımlamağa hazırıq.

Qeyd edək ki, video etik qaydalara uyğun olmadığına görə sözügedən görüntüləri yayımlamırıq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.