"Sovetski"də böyük söküntünün ikinci mərhələsinə hazırlıq gedir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhərinin Baş Planına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyəti Nəriman Nərimanov prospektində və ona bitişik küçələrdə ("Sovetski" adlanan ərazidə) yaşayış evləri və obyektlərin söküntü işləri ilə bağlı ikinci mərhələni başlamağı planlaşdırır.
Milli.Az xəbər verir ki, Yasamal RİH-dəki mənbələrdən Day.Az-a verilən məlumata görə, "Sovetski"də genişmiqyaslı söküntünün ikinci mərhələsi başlamayıb, lakin buna hazırlıq gedir.
Xatırladaq ki, əvvəllər bildirilirdi ki, "Sovetski" ərazisində istifadəyə yararsız yaşayış evlərinin sökülməsi işlərinin davam etdirilməsi məqsədilə prezident İlham Əliyev 2018c- ildə "Təzə Pir" məscidindən yuxarı - Nəriman Nərimanov prospekti və İsmayıl bəy Qutqaşınlı küçəsi arasında yerləşmiş evlərin alınması barədə göstəriş verib. Bundan sonra isə ərazi təmizlənəcək.
Dövlət başçısının göstərişinin icrası məqsədilə Yasamal RİH müəyyən edib ki, Nabatxanım Aşurbəyova (keçmiş Mustafa Sübhi), Süleyman Tağızadə, Abdulla Şiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Şingiz Mustafayev və Mirzağa Əliyev küçələri arasında isə 880, yəni ümumilikdə 2010 ev və qeyri-yaşayış obyekti var.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun "Sovetski" adlanan ərazisində indiyə qədər 26 hektardan çox sahəni əhatə edən ərazidə 4300-ə yaxın demək olar ki, istifadəyə yararsız hala çatmış yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa uyğun olaraq satın alınaraq sökülüb.
Yusif Nəsirli
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıdan Tovuza qonaq gedən uşağı maşın vurdu - Vəziyyəti ağırdır
-
Bakı-Qazax yolunda qəza - Ölən var
-
“Oynadığım obraz karmama çevrilib“
-
Türkiyədə temperatur 49 dərəcəyə yüksəldi
-
Xocavənddə mina partlayıb - Xəsarət alan var - (Yenilənib)
-
Hacıqabulda qəza: Bir nəfər ölüb
-
Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər həbs olundu
-
Venesuela 51-ci ştat elan edildi
-
Tovuzda ağır qəza - Yaralanan var
-
Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi xəstəxanada öldü
-
Daha bir tiktoker həbs edildi
-
Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq
-
"İlanlı qız" polis tərəfindən saxlanıldı
-
Paşinyan yenidən Baş nazir oldu - (Yenilənib)
-
Qalmaqallı görüntülərlə bağlı açıqlama: “Məqsədim heç kəsi alçaltmaq deyil” - (Video)
-
Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
-
“Arsenal” Vinisius üçün “Real”a fantastik məbləğ təklif etdi
-
Cənubi Koreyada rekord istilər qeydə alındı
-
Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi
-
Ayın 3-də 39 dərəcə isti olacaq - Proqnoz
-
Lerikin uzunömürlü sakini öldü
-
Nəriman Həsənzadə dəfn olundu - (Yenilənib)
-
Tofiq Məmmədov vəfat etdi
-
İran ordusu yenidən İraqın şimalını PUA-larla vurdu





