Bakıda Koreya standartları əsasında Peşə Təhsil Mərkəzi yaradılacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni Peşə Təhsil Mərkəzinin təməli qoyulub.
Yanvarın 26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılacaq Peşə Təhsil Mərkəzinin təməlqoyma mərasimi keçirilib.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təməlqoyma mərasimində təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək son illər ərzində peşə təhsilinin inkişafına yönəlmiş islahatlar, bu sahədə dövlət siyasətinin əsas istiqamətləri barədə tədbir iştirakçılarına məlumat verib.

Ölkə başçısı tərəfindən təsdiq olunan "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin həyata keçiriləcək layihələr baxımından əhəmiyyətini bildirən Ceyhun Bayramov əmək bazarının dəyişən tələblərinə uyğun rəqabətqabiliyyətli kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib.

O, bildirib ki, Azərbaycan və Koreya Hökuməti arasında razılaşmaya uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunmaqla nümunəvi təhsil müəssisəsi yaradılacaq. C.Bayramov həmçinin, Peşə Tədris Mərkəzində təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılacağına əmin olduğunu, iqtisadiyyatın inkişafı üçün belə müəssisələrin fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Nazirlər Kabinetinin Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsinin müdiri Nail Fətəliyev, Koreyanın ölkəmizdəki səfiri Kim Çang-gyu, Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutunun prezidenti (Human Resources Development Service Korea (HRD) Kim Dong Man çıxış edərək iki ölkə arasında əməkdaşlıqdan, təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsindən danışıb, yeni mərkəzin əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında əhəmiyyətli rol oynayacağına inandıqlarını bildiriblər.

Qeyd edək ki, layihəyə uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin bazasında mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə (ümumilikdə 8 ixtisas) ən müasir maddi-texniki baza, Koreyanın tədris planı və bu ölkənin mütəxəssislərinin iştirakı ilə təhsil müəssisəsinin yaradılması nəzərdə tutulur.
Zərif Nisə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əbədi dostluqdan böyük geosiyasətə: Azərbaycan və Özbəkistan regionun xəritəsini dəyişir
-
"Formula 1" üzrə Niderland Qran-prisinin qalibi bəlli olub
-
Bu şəhərdə temperatur 46 dərəcəyə yüksəldi
-
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - (Foto)
-
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - (Foto - Video)
-
Noyer yeni rekorda imza atdı
-
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - (Foto - Video)
-
İsmayıllıda iki maşın toqquşdu - Xəsarət alanlar var
-
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
-
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - (Foto)
-
“Qayınanamın əlində olsa ayaqlarını başıma qoyardı“
-
Ukraynaya 9,2 milyard dollarlıq yardım ayrılacaq
-
Özbəkistan və Azərbaycan ikitərəfli münasibətləri tarixdə ən yüksək səviyyəyə çatdırıblar - Prezident Şavkat Mirziyoyev
-
Özbəkistan Vaşinqtonda liderlərin tarixi görüşünü Prezident İlham Əliyevin şəxsi diplomatiyasının parlaq qələbəsi kimi qiymətləndirir - Şavkat Mirziyoyev
-
Özbəkistan Qarabağın bərpasında ilk praktiki yardım göstərən ölkə olub - Prezident İlham Əliyev
-
Azərbaycan və Özbəkistanın birgə investisiyalarının həcmi 500 milyon dollardan xeyli yüksəkdir - Prezident İlham Əliyev
-
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - (Video/Foto)
-
Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub - (Video/Foto)
-
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər - (Foto - Video)
-
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər - (Video)
-
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib
-
Kristofer Nolanın filmi rekord gəlirlə tarixə düşdü
-
Hazal Kaya “Uzak şehir” serialından imtina etdi
-
Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib - (VİDEO)





