Ölkə

Bakıda avtomobil oğurlayan dəstənin daha iki üzvü saxlanıldı

22 Yanvar 2018 12:50
0 Şərh     Baxış: 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtomobil qaçıran dəstənin daha iki üzvü müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən nəqliyyat vasitəsi qaçırdığına görə tutulan Azər Salayevlə bağlı aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb.

Belə ki, onun 2016-cı ilin oktyabrın 12-də və 24-də daha iki "VAZ-2104" markalı avtomobilləri qaçırması və həmin qanunsuz əməli 2 nəfərlə birgə törətməsi də müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakinləri Nicat Ağabəyov və Elşən Babayev müəyyən edilərək saxlanılıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.