Ölkə

Bakıda avtomobil oğruları yaxalandı

20 Yanvar 2018 13:46
0 Şərh     Baxış: 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərində avtomobil oğurlayan şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Nadirxan Hüseynov Şüvəlan qəsəbəsi ərazisindən "VAZ-2106" markalı avtomobilinin qaçırıldığını  bildirib. Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə avtomobil qısa zamanda Qala qəsəbəsi ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə maşını qaçıran şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Azər Salayev olması müəyyən edilib.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə isə Yeni Günəşli və Zığ qəsəbələrindən 2 avtomobilin qaçırılması barədə məlumatlar daxil olub. Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun "VAZ-2104", Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin "VAZ-21074" markalı avtomobillərin oğurlandığı müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə "VAZ-2104" markalı avtomobil qısa zamanda Naximov küçəsində tapılıb. Əməliyyat-axtarış tədbirləri ilə maşınları qaçırmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması müəyyən edilib.

Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.