Ölkə

Pensiya kartı üstündə arvadını bıçaqladı - Cəzası TƏƏCCÜBLƏNDİRDİ

19 Yanvar 2018 12:49
1 Şərh     Baxış: 1 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində 74 yaşlı İbadulla Mənsimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Tamila Nəsrullayeva sədrlik edib. Prosesdə hökm oxunub. Məhkəmə kollegiyası İ.Mənsimovun 3 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza 1 il 6 ay sınaq müddəti olmaqla şərti hesab edilib.

Qeyd edək ki, hadisə ötən il İbadulla Mənsimov həyat yoldaşı Tərgül Mənsimovanı ailə münaqişəsi zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

İttihama görə, səhhətində problem olan İ.Mənsimov arvadından pensiya kartını istəyib. Qadın da kartı ona vermədiyi üçün İ.Mənsimov bıçağa əl atıb.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olnub.

İstintaq dövründə İ.Mənsimovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.