Ölkə

Bakıda qadınlara qənim kəsilən cibgir "zek"lər tutuldu

19 Yanvar 2018 16:33
0 Şərh     Baxış: 1 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində cibgirlik edən şəxslər saxlanılaraq istintaqa cəlb olunublar. 

DİN-dən Milli.Az-a verilən məlumata görə, 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir ay ərzində - ötən il  dekabrın 16-dan cari il yanvarın 16-dək olan müddətdə Bakı şəhər sakinləri olan 5 qadının ciblərindən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Sakit Əliyev və Səfər Əliyev olmaları müəyyən edilib.  

Araşdırma aparılır.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.