Ölkə

Azərbaycanda ticarət mərkəzində YANĞIN - Sahibkar dükanda yandı - YENİLƏNİB - FOTO

19 Yanvar 2018 14:29
0 Şərh     Baxış: 16 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:29

Tovuzda 62 yaşlı qadın mağazanın içində yanıb.

Milli.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon bazarındakı gül dükanında baş verib.

Mağaza sahibi Nərgiz Əmiraslanova gecə obyektdə yatarkən paltarı elektrik sobasından alışıb. Qadın ətrafadakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə xəstəxanalarının birinə göndərilib. Hadisə nəticəsində qadının bədəninin 65 faizinin yandığı bildirilir.

Nərgiz Əmiraslanovanın yeni güllər gəldiyi üçün mağazada gecələdiyi deyilir.

Hadisə nəticəsində obyektə və içindəki mallara ciddi ziyan dəyməyib.

Faktla bağlı araşdırma aparılır.

-----------

09:13

Tovuzda ticarət mərkəzində yanğın hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsa da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb.

Hadisə nəticəsində N.Əmiraslanovanın bədəninin 65 faizi yanıb. Yaralı Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.