Ölkə

Eldar Mahmudovun cinayət ortağı Bakıya gətirildi

18 Yanvar 2018 15:37
1 Şərh     Baxış: 8 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 17-də hüquq-mühafizə orqanları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun cinayət ortaqlarından biri Sahib Ağayevi Qazaxıstanda saxlayaraq, Bakıya ekstradisiya ediblər.

Milli.Az xəbər verir ki, bu barədə virtualaz.org-a Azərbaycanın hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələr məlumat veriblər.

Sahib Ağayev pulların yuyulmasında və iri məbləğin mənimsənilməsində ittiham olunur. Öz ortağı ilə birlikdə S.Ağayev Bakıda keçirilmiş Avropa Oyunları ərəfəsində sonradan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ilə Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi avadanlığın gətirilməsi və quraşdırılması üzrə müqavilə bağlayıb.

İstintaq S.Ağayevi 30 milyon manatın mənimsənilməsində ittiham edir. Bir müddət sonra həmin pullar S.Ağayevin xarici şirkətinin hesabına yatırılıb. Bundan başqa, Eldar Mahmudovun cinayət ortağı xüsusilə böyük məbləğdə vergidən yayınmada da ittiham edilir.

E.Mahmudovun vəzifəsindən azad edilməsindən sonra S.Ağayev Qazaxıstana qaçıb və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Xatırladaq ki, son günlər ərzində S.Ağayev Hacıyev-Mahmudov işi üzrə saxlanılmış ikinci axtarışda olan şəxsdir. Yanvarın 13-də Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin yaxın tərəfdaşlarından biri Emin Sadiq Azərbaycana ekstradisiya edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.