Ölkə

Bakıda qanunsuz dini ədəbiyyat satan mağaza aşkarlandı - Satıcı cərimələndi

17 Yanvar 2018 17:30
3 Şərh     Baxış: 1 262

Yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu Sülh küçəsi 135 ünvanında yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan "Ənsar" mağazasında reyd keçirilib.

Komitədən Milli.Az-a verilən məlumata görə, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqənin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.

Baxış zamanı müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış, ixtisaslaşdırılmış satış məntəqəsi olmayan "Ənsar" dükanında satışına razılıq verilməmiş, nəzarət markası ilə markalanmış 400 (dörd yüz) ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.

Qeydə alınmış qanun pozuntusu ilə əlaqədar adıçəkilən mağazanın satıcısı Mehdiyeva Ruhiyyə Mirhüseyn qızı barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516.0.2.-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilib.  

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Taksi · 17 Yanvar 2018 18:1311

    Cərimə yox baglamaq lazımdır belə maqazinləri

    Cavab yaz
    • Anonim
      Tural · 17 Yanvar 2018 21:4313

      din azatdi hər nov kitap satila bilər

      Cavab yaz
  • Anonim
    /// · 21 Yanvar 2018 12:2010

    Din azaddır. Amma hər növ kitabın satışı olmamalıdır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.