Ölkə

Bakının bir hissəsində su kəsiləcək

17 Yanvar 2018 09:55
1 Şərh     Baxış: 3 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının bir hissəsində su olmayacaq.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, 17 yanvar 2018-ci il tarixində Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq.

Buna səbəb Bakı Metropoliteninin Bənövşəyi xəttinin Elektrik Deposunun tikintisi layihəsi çərçivəsində Yeni Avtovağzal yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.