Ölkə

Azərbaycanda banklara qarşı tədbirlər sərtləşdirilə bilər

16 Yanvar 2018 16:08
0 Şərh     Baxış: 2 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda bank sisteminin kapitallaşması artırılmalıdır".

Milli.Az xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən APA-ya bildirilib.

Agentliyin mütəxəssisləri qeyd edir ki, Beynəlxalq Bankın restrukturizasiya prosesinin başa çatması və kapital adekvatlığının bərpasından sonra, ümumilikdə bank sisteminin də kapital mövqeyi yaxşılaşmalıdır.

"Buna səbəb Beynəlxalq Bankın aktivlərinin həcminə görə hələ də bazarda ən yüksək - 27% paya sahib olmasıdır. Buna baxmayaraq, yüksək kredit xərcləri və xarici valyuta riskləri səbəbindən kiçik özəl bankların kapitallaşması təzyiq altındadır. Bundan başqa, tənzimləyici tərəfindən banklara qarşı sərtləşdirici tədbirlərin görüləcəyi də istisna deyil. Bu isə bankların əlavə olaraq yenidən kapitallaşmasını tələb edə bilər", - deyə agentlikdən bildirilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.