Ölkə

ATV-nin əməkdaşının tükürpədən müraciəti - Çarəsiz ata xəstə övladı üçün çağırış etdi - VİDEO - FOTO

16 Yanvar 2018 13:44
19 Şərh     Baxış: 8 265

ATV-nin əməkdaşı Bəxtiyar Fətullayevin 8 yaşlı övladı Hüseyn doğulandan bəri ağır xəstədir. Uşaq serebral iflici (Serebral Palsy) xəstəliyindən əziyyət çəkir. Ailə bu vaxta kimi onun müalicəsi üçün maddi baxımdan əllərində olan nə varsa, hamısını verib. Lakin indi hər şey tükənib. Ona görə də çıxış yolunu xeyirxah insanların mərhəmətində axtaran çarəsiz ata bir müddət öncə müraciət yaymışdı.

Lakin B.Fətullayevin sözlərinə görə, Hüseynin müalicəsiylə bağlı yardım kampaniyasına 1 aydan çoxdur başlanmasına baxmayaraq, lazım olan məbləğin çox cüzi hissəsi toplanıb - cəmi 3952 AZN. Uşağın İsrail və ya Çində əsaslı müalicəsi üçün isə azı 45-50 min ABŞ dolları lazımdır.

Ona görə də ikinci dəfə müraciət yaymaq məcburiyyətində qalan B.Fətullayev bu işdə jurnalistlərdən, idmançılardan, incəsənət adamlarından, dindarlardan yardım əllərini uzatmalarını xahiş edib:

 "Sözsüz, "dama-dama göl olar" desək də, yardım etmək gücündə olmayan insanlardan əsla incimirəm. Sizlərdən xahişim, bu statusumu mümkün qədər paylaşmağınızdır. Əziz həmkarlar, bəs siz dəstək olmasaz, Hüseynin problemini necə işıqlandıracağıq? - paylaşaq! Əziz idman jurnalistləri, hər zaman yanımda olmusuz, amma yenə də köməyinizə ehtiyacım var - paylaşaq!



Hörmətli idmançılar, "sağlam bədəndə sağlam ruh olar" deyirsiz. Elə isə Hüseynin də sağlam cana qovuşması üçün - paylaşaq! Hörmətli incəsənət adamları, bu statusu paylaşmaqla, hər hansı obraza girmək lazım gəlməyək. Öz insani keyfiyyətlərinizi göstərəcəksiz - paylaşaq! Dostluğumda xeyli sayda dindarlar var. Tez-tez Qurandan, peyğəmbərimizdən, Hz.Əli və Hz. Hüseyndən ibrətamiz kəlamlar gətirirsiz. Mən insanları savab əməllərə çağırışlarınızı alqışlayıram və özüm də statuslarınızı dönə-dönə oxuyuram. Amma inanın ki, Hüseynin müalicəsi üçün statuslarımı paylaşmağınız bu əməllərdən heç də az savab deyil, özü də söhbət HÜSEYN adından gedirsə. Bəlkə, hansısa Hacıların və ya digər xeyirsevər möminlərin qarşısına çıxar bu status - paylaşaq!

Dostlar, inanın, belə müraciətlər etmək bir valideyn üçün heç də asan deyil. Heç kimə bu duruma düşməyi arzulamıram. Amma həyatdır, heç kim belə hallardan sığortalanmayıb. Ən azı yaxşı əməllərimizlə sığortalaya bilərik. Unutmayaq, söhbət ağrı-acılar içində qıvrılan və dərdini söyləyə bilməyən günahsız bir körpədən gedir. Videoda hər şey əks olunub. Hər ötən gün onun əleyhinə işləyir. Düşünəndə ki, onun mualicəsi üçün vaxt daralır və sən heç nə edə bilmirsən, onda adam havalanmaq səviyyəsinə çatır. Əziz dostlar, Hüseynin müalicəsinə biganə olmayın və paylaşın! Və inanın, etdiyiniz yaxşı əməllərin əvəzi sizə mütləq qayıdar!"

Bank rekvizitləri:

Bank Respublika ASC

Kod: 508182 VOEN 9900001901

M/h: AZ80NABZ01350100000000014944

SWİFT: BRESAZ22

ADI: Baxtiyar

SOYADI: Fatullayev

IBAN: AZ17BRES00380194400144786301

--------

MİLLİÖN terminalları ilə:

Bank Respublika ASC

Hesab nömrəsi (AZN): 380194400144786301

Hesab üzrə kod sözü: 09372782

Videonu izləmək üçün şəklə klikləyin:

Telekanal əməkdaşı çətin vəziyyətdə -

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    ema · 16 Yanvar 13:48200

    can allah kömək olsun

    Cavab yaz
    • Anonim
      Filiz · 16 Yanvar 14:56130

      Usaqlar gelin burda muzakire etmeyek baq bele bosdan bele balalarimizin xetrine hec olmasa hami 5 man yuklesin ele bilin usaqlariniz nese oyuncaq isdeyir men gedirem sizde edin Allah xetrine

      Cavab yaz
  • Anonim
    Haqq · 16 Yanvar 13:50140

    Parça parça oldu içim. Yaziq vakideyn. Allah köməy olsun

    Cavab yaz
  • Anonim
    İka · 16 Yanvar 13:53170

    Allah kömek olsun

    Cavab yaz
  • Anonim
    Gülüm · 16 Yanvar 13:54240

    Allahim sen ozun komek ol bu korpeye.Ay bir gunu 400 manata Murad Bozu toyuna getiren imkanli oglan. Bax bele weylere pul xercleyin.kiminse heyatini xilas eliyin.Kimise varlandirmiyin.Qardaw allah ozu komek olsun senin balana. Allah imkanli wexslerede biraz merhemet versin,gizlerini acsin.bele weyleri gormek ucun.

    Cavab yaz
    • Anonim
      sevda · 16 Yanvar 13:58120

      400 manat yox 400 min manat

      Cavab yaz
      • Anonim
        sena · 16 Yanvar 14:4780

        ALLAH komey olsun ana ata ucun en boyuk derd

        Cavab yaz
  • Anonim
    Aki · 16 Yanvar 14:10110

    Allahin ozu komey olsun sene yerdeki vasitecisi ile Amin

    Cavab yaz
  • Anonim
    Gülüm · 16 Yanvar 14:2580

    Bagiwliyin Sevda xanim o qeder pis olaraq yazmiwamki.Yadimnan cixib min sozunu yazmaq.

    Cavab yaz
    • Anonim
      !!!! · 16 Yanvar 15:5450

      Manat da deyil, 400 min dollar!!!! 700 min manat

      Cavab yaz
  • Anonim
    Romi · 16 Yanvar 14:45110

    Allah komek olsun,imkanli insanlarin ureyine rehm salsin.

    Cavab yaz
  • Anonim
    Gulu · 16 Yanvar 15:2460

    Inanin usagi bu veziyyetde gordum basim dondu Allah yardim etsin bizim gucumuz ancaq dua etmeye catir qardas Allah goren ve bilendir insallah bunu Xosqedem xanim oxusa onun ureyi dozmez O usaqlari cox sevir cox merhemetlidir mence Xosqedem xanima muraciyet eleyin gecikmeyin!

    Cavab yaz
  • Anonim
    ......... · 16 Yanvar 15:2627

    Bu insanlar niye bawa duwmek istemirki srbrl.iflicin mualicesi yoxdu! Menim atam kohne hekimlerden olub (rhmt gedib) dogma qardawimda by xstlkdn eziyyet cekib 19 il tsvr edin valideynlrm nece zulum cekibler o vaxt (sovet doneminde) Atam qardawimin sndlrn izraile qeder apardi deyiblerki siz ozunu hekimsiniz bilmirsizki by xstlyn mualicesi yoxdu? Indiye qeder by xstlkdn mualice olunan gormemiwem, mene ele gelirki cammati aldadib pul yigirlar yada hekimler pul qopartmaq mqsdl edirler amma coox tsf.

    Cavab yaz
    • Anonim
      Leyla 1 · 16 Yanvar 16:2980

      Mualicesi yoxdur deye cekilsin bir qiragi.ovladdiye bu.sonuna qeder ne lazimdisa eliyecek.

      Cavab yaz
      • Anonim
        .. ه · 16 Yanvar 19:3180

        Xaricdə var müalıcəsi.Amma cox bahalıdır.Belə 6-yaşlı uşaq tanıyıram.Həkımlərin dediyinə görə Almaniyada mualıcə ala bilər.Hec olmasa yerisin.Cox cətindir anası ucun.

        Cavab yaz
  • Anonim
    ......... · 16 Yanvar 16:3023

    Eger siz mualice olunan ewidib ve ya taniyirsinizsa menim yazdigim serhe onda dislike edin!

    Cavab yaz
  • Anonim
    Kl · 16 Yanvar 17:0980

    Zaur Atv niye kömek etmir , öz emekdaslari deyil bes .. ALLAH sefa versin AMIN

    Cavab yaz
  • Anonim
    Zaur · 16 Yanvar 21:2150

    Bu kimi xesteliyin mualicesinin esasen Cinde olduqunu eshitmishem. Adamlar var taniyiram aparir ora. Atasi deyir ki, ciddi irelileyish var/ Orda hekimler ushaqlarin uzerinde ciddi ishleyir herterefli. Dediyine gore hem de sherq tebabet usullariyla. Amma atasi imkanlidi oz hesabina aparir/ Gelin bele sherhler yazmayaq, komeyiniz deymirse eger. Bele ittihamli sherhler valideynlere pis tesir edir. Valideynlerine sebr arzulayiram. Allahdan mocuze kesilmez. Inshallah mebleq toplanar. Lazim olsa men hemin dostimi sizle tanish ederem

    Cavab yaz
    • Anonim
      $.$.$. · 16 Yanvar 23:3430

      İnşallah xalqımızın köməyilə bu valideynlərin uşaqına kömək edilər.Allah bir verənə min versin!

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.