Ölkə

Əli İnsanovun şikayəti təmin edilmədi

16 Yanvar 2018 13:38
Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Ali Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib. Qərara əsasən, Ə.İnsanovun şikayəti təmin edilməyib, qərar qüvvədə saxlanılıb.

Əli İnsanov özü məhkəməyə müraciət edərək prosesdə iştirak etməkdən imtina etdiyini bildirib.

Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Ə. İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Ə. İnsanov həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib.

O, qanunsuz narkotik daşımada, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə və cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlamaqda təqsirləndirilib.

Ə.İnsanov bundan əvvəl isə 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.