Ölkə

Yol polisinin “BMW"ləri satışa çıxarılır - Qiymət

15 Yanvar 2018 14:55
3 Şərh     Baxış: 5 353
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevral ayının 13-də hərraca çıxarılan avtomobillər açıqlanıb.
 
Milli.Az azxeber-ə istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, növbəti əmlak hərracında dövlət qurumlarına aid 11 avtomobil iştirak edəcək. Avtomobillərdən 7-si Daxili İşlər Nazirliyinə aid 2007-ci il model "BMW-320" avtomobilləridir. Başlanğıc qiymət 5200 manatdan başlayır.

2 "QAZ-31105" avtomobili hərraca 1800 manat başlanğıc qiymətlə çıxarılacaq. Bundan əlavə, Nazirliyinə aid Mercedes Benz Deimler mikroavtobusunun ilkin hərrac qiyməti 1500 manat, "Azəralüminium" ASC-yə aid PAZ-4234 avtomobilin qiyməti isə 6300 manatdan başlayır. Daha ətraflı məlumat əldə etmək istəyənlər bu linkə daxil ola bilərlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.