Ölkə

Azərbaycana qar yağdı - 14 sm

15 Yanvar 2018 13:04
7 Şərh     Baxış: 5 074
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən Milli.Az-a xəbər verildiyi kimi ölkə ərazisində yanvarın 14-ü gündüzdən 15-i səhərədək hava şəraiti yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-8, Böyük Qafqazda 1-10, Qazax-Gəncə zonasında 1-6, Mərkəzi-Aran rayonlarında 1-12, Naxçıvan MR-da 2-7, Kiçik Qafqazda 2, Lənkəran-Astara zonasında 1-17 mm olub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda 14, Şahdağda 12, Qırız, Kişçayda 10, Şəkidə 9, Altıağac, Xaçmaz, Lerikdə 8, Şərur, Yardımlıda 6, Qusar, Rvarudda 5, Zaqatalada 4, Qəbələ, Oğuz, Şamaxı, Quba, Kəlvəz, Xınalıqda 3, Şahbuz, Daşkəsən, Gədəbəy, İsmayıllı, Xaltan, Göytəpədə 2, Tovuz, Mərəzə, Ağdərə (Ordubad), Tərtərdə 1 sm təşkil edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.