Ölkə

Bərdədə FACİƏ: 6 yaşlı qız diri-diri yandı, ana yaralandı - YENİLƏNİB - VİDEO - FOTO

15 Yanvar 2018 12:30
7 Şərh     Baxış: 2 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:30

Bərdədə evdə baş verən yanğın zamanı xəsarət alan şəxsin vəziyyəti ağırdır.

Milli.Az bildirir ki, Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, yanıq xəsarəti ilə xəstəxanaya çatdırılan 1991-ci il təvəllüdlü Novruzova Zümrüd Sirac qızının müalicəsi davam etdirilir. Z.Novruzova hadisə zamanı ölən 6 yaşlı Novruzova Ruqiyyə Samir qızının anasıdır.

Rayon Polis Şöbəsindən bildirilib ki, Z. Novruzovanın həyat yoldaşı Novruzov Samir Xəyyam oğlu işləmək üçün Dağıstan Respublikasına gedib. 

Faktla bağlı araşdırma aparılır.

----------

11:34

Bərdə rayonunun Güloglular kəndində ümumi sahəsi 44 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 m2 sahədə yanıb.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, yanğın kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.

Yanğın zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bərdədə FACİƏ: 6 yaşlı qız diri-diri yandı, ana yaralandı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.