Ölkə

Bakıda gecə klubunda 5 nəfəri bıçaqlayan Türkmənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

15 Yanvar 2018 11:55
7 Şərh     Baxış: 4 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:55

Bakıda gecə klubunda 5 nəfərin bıçaqlanması ilə nəticələnən hadisə ilə bağlı 1 nəfər saxlanılıb.

Milli.Az bildirir ki, Trend-in hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə ilə bağlı keçirilən əməliyyat nəticəsində gecə klubunda 5 nəfəri bıçaqlamaqda təqsirləndirilən Yağmur Amanov saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, Y.Amanov Türkmənistan vətəndaşıdır.

Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, yanvarın 14-də gecə saatlarında Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki gecə klublarından birində baş vermiş dava nəticəsində 5 nəfər bıçaqlanıb. Hadisə nəticəsində 30 yaşlı Əsədova Esmira Telman qızı, 1990-cı il təvəllüdlü Mirzəyeva Türkanə Teymur qızı və 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğlu bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına, daha 2 nəfər isə özəl klinikalardan birinə yerləşdirilib.

----------

09:55

Gecə saatlarında paytaxtda gənclər arasında kütləvi dava olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakının Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki gecə klublarından birində qeydə alınmış dava zamanı 5 nəfərə bıçaqla xəsarət yetirilib.

Mübahisənin qız üstündə yarandığı deyilir. Nəticədə gənclərin mübahisəsi əlbəyaxa davaya çevrilib. Bıçaq xəsarətləri alanlar isə 30 yaşlı Əsədova Esmira Telman qızı, 1990-cı il təvəllüdlü Mirzəyeva Türkanə Teymur qızı və 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğludur. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına, daha 2 nəfər isə özəl klinikalardan birinə çatdırılıb.

İnsidentin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır. Adları açıqlanmasa da, hadisədə artıq 3 nəfərin saxlanıldığı bildirilir.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.