Ölkə

Deputatdan metrodakı intiharlarla bağlı təklif

13 Yanvar 2018 14:50
10 Şərh     Baxış: 3 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu həftə Bakı metropolitenində iki nəfər gənc özünü relslər üstünə ataraq həyatına qəsd etdi: iki nəfər gənc həyatdan köçsə də, ailələrinə illərlə çəkəcək böyü bir ağrı qoyub getdilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, düz deyilir ki, vaxtında onlara psixoloji dəstək olunsa idi, faciələrin qarşısını almaq olardı.

"Ancaq hadisə baş verib və gələcəkdə də belə hadisələrin təkraralanacağı istisna deyil. Xaricdə bu probelmin həllini artıq tapıblar və metro stansiyalaraında qatar platformalarında qurulan qurğular sui-qəsdlərin qarşısını tam ala bilir. Platformalarda bütün xətt boyu şəffaf divar çəkilir və aralarında olan qapılar ancaq qatar platformada dayandıqdan sonra açılır. Belə sistem Rusiyanın Sankt-Peterburq, Koreyanın Seul və Çinin Tayvan adasının mərkəzi Taybey şəhər metrolarında qurulub. Bu yaxınlarda onlar Belarusun paytaxtı Minsk şəhər metrosunda da qurulacaq..." - deyə, millət vəkili sözlərinə əlavə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.