Ölkə

Şəki sakini Bakıda maşın qaçırdı

13 Yanvar 2018 14:25
2 Şərh     Baxış: 685

Bakıda avtomobil qaçıran Şəki sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yanvarın 9-na keçən gecə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə Bakı şəhər sakini Valeh Məsimovun "Chevrolet" markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

Zərərçəkən şəxs hadisənin 7-ci Alatava yaşayış sahəsində baş verdiyini bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qeyd edilən avtomobil həmin gün saat 23.00 radələrində İsmayıllı rayonunun Zərgəran kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun kənarındakı ağaca vurulmuş vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxs müəyyən edilib.

29-cu Polis Bölməsi və Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən Şəki şəhər sakini Seymur Əsgərov saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    tural · 13 Yanvar 18:3420

    ol qurtar səkinin adina ləkə vurdun yaramaz

    Cavab yaz
  • Anonim
    Men · 13 Yanvar 22:5110

    E saa diyen variyde habu mashini apar? Seen bashin catir, yaraf?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.