Ölkə

Bakıda kişi qayınanasını boğaraq öldürdü

13 Yanvar 2018 14:03
11 Şərh     Baxış: 2 971

Yanvarın 11-də, Yasamal rayonunda, "Qanlı göl" yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.

Mİlli.Az xəbər verir ki, bu barədə oxu.az-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq  məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, Namazova qətl qurbanı olub; onu boğaraq öldürüblər.

Qısa zamanda istintaq-əməliyyat qrupu cinayətkarın izinə düşüb. Qatilin Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.  

Yanvarın 12-də fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi açılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Romi · 13 Yanvar 14:0870

    Deyesen bu gun "qaynanalar ggunudur",basqa bir qaynanani da kurekeni doyub.Zeif kisilerin gucu ahil yasli qadinlara catar.

    Cavab yaz
    • Anonim
      ayla · 13 Yanvar 16:5231

      Pis kisilercikin elinin gucu qadi lara catir menimde yoldasim teztez gucunu mene gosderir nece defe ozumu oldurmek isdemisem alinmayib amma balalara gore

      Cavab yaz
      • Anonim
        Romi · 13 Yanvar 18:3610

        Olmek bu dunyada en asan isdir,,olan size olacaq.Heyat yoldasiniz evlenecek, balalariniz ogey ananin aqressiyasi,nifrini ile boyuyecek/Allah gostermesin/.Hec kim hetta dogma ana-baciniz da ovladlarinizi sizin kimi seve bilmez,onlarin geleceyini dusunun.Getmeye yeriniz,arxanizda duracaq valideynleriniz yoxdursa,sebrli olub burteher dozun.Allah komeyiniz olsun.

        Cavab yaz
        • Anonim
          ayla · 13 Yanvar 23:3900

          ATa ana ayri hansina gedim ? Meni ise ozleri eve verib sevdiyim ola ola qismet Balalfima baxan yoxdu byaxin duran olsa duseden ederem

          Cavab yaz
        • Anonim
          Romi · 14 Yanvar 01:1400

          Elbette,veziyyetiniz urekacan deyil.Ne qeder cetin olsa da,heyatinizin kapitani-agasi olmaga calisin.Islemirsizse,usaqlarinizin geleceyi namine,ayaq uste mohkem dayanmaq,hec kimden asli olmamaq ucun ise duzelin,Valideynlerinizden hansi ile yaxsi munasibetdesinizse,ondan komek isteyin,iAglamaqla,sikayetlenmekle hec bir problem hell olmayacaq.Yoldasinizin qiciqlandirici sozlerine,aqressiv hereketlerine fikir vermeyin,oldugu kimi qebul edin.Nezere alin ki,sizin munasibetleriniz usaqlarinizin psixikasina tesirsiz otusmur.Evde mutemaddi bas veren dava-dalaslar onlarin ozuneinamini sarsidir ve qapali,gozuqipiq olmasina getirib cixarir.Esas usaqlar ve onlarin geleceyidir,onlarin xatirine her cetinliye dozmeliyik, bu bizim analiq borcumuzdur.Allah size komek olsun.

          Cavab yaz
          • Anonim
            Ayla · 14 Yanvar 03:5800

            Amin men bosanaram isleyerem usaqlarimi saxlayaram evle temin olaram bosansam yani normal yasaya bilerem sadece indi menim hisslerimi ballarim yasayacaq bosaninmis valodeyinin ovladi olmaq cox aqir meseledir

            Cavab yaz
          • Anonim
            Romi · 14 Yanvar 15:0400

            Elbette,dogru deyirsiz,cemiyyetimiz bosanmis qadini "hezm" ede bilmir,her cur qaralamaga calisir.Ancaq bu heyat sizindir,onu bir daha yasamayacaqsiz,ona gore de size,ovladlariniza xeyirli olani edin.Ayla xanim,size bosanin demeye menevi haqqim catmir,istisna hallari cixmaqla aileni bacardiqca qorumaq lazimdir.Ve size bosan deyib,arxanizda durmayacaq,sizi basli-basina caresiz durumda buraxacaq adamlara qulaq asmayin,her seyin sonrasini fikirlesin.Usaqlar normal seraitde,,her iki valideyninin yaninda olarken xosbext olurlar.Ayla xanim,ureyinizi sixmayin,her sey yaxsi olacaq.Heyatda her sey nisbi,oteridir,gelib kececek.Allah sizi ve ovladlarinizi qorusun.

            Cavab yaz
  • Anonim
    Alimardan · 13 Yanvar 14:2840

    adlar sertidir yoxsa dogurdan Koroglunun Nigarini öldurubler?

    Cavab yaz
  • Anonim
    $.$.$. · 13 Yanvar 15:2930

    ay kişilər nə olub nə hay duşub? niyə döyub öldurursuz bu yazıq aqbircək qaynanaları?

    Cavab yaz
  • Anonim
    iska · 13 Yanvar 18:3800

    salam...bizim kentde olub hadise..daha dorusu bakida oldurub kurekeni...agdasa getdiler indi meytini.allah rehmet etsin

    Cavab yaz
  • Anonim
    Daglı · 13 Yanvar 19:3520

    İndi də qayınanaların soyqırımı başlayıb deyəsən.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.