Ölkə

"Nazpəri Dostəliyevanın 3 milyonluq evi yazırlar, camaat da gəlib girir evimə" - FOTO

13 Yanvar 2018 14:10
5 Şərh     Baxış: 6 883

Dünən "Sayqa ilə bu axşam" verilişində qonaq olan Nazpəri Dostəliyeva maraqlı açıqlamalar edib.

Verilişin aparıcısı "Oğurluq zamanı çox ziyan dəymişdi?" sualı ilə xalq artistinə müraciət edib.

Milli.Az Nazpəri Dostəliyevanın cavabını təqdim edir:

"Söhbət ziyandan getmir. Mənim ünvanıma gələn, mənim qapımı açan hər kimdirsə, məni hər zaman bu maraqlandırıb. Hələ ki, elə bir adam da yoxdur. Sadəcə, professional uşaqlardır. Elə bax "Nazpəri Dostəliyevanın 3 milyonluq evi" yazırlar. Belə olur. Camaat da ünvanımı axtarıb tapıb, gəlib girirlər evimə". 

Xatırladaq ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar. Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü - Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Cavid Əliyev, 1990-cı il təvəllüdlü Natiq Fərəcov müəyyən ediliblər. Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər. Həmçinin, müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    00 · 13 Yanvar 15:4711

    Yeqin ki,bow seyfi kanaldan goturerler

    Cavab yaz
  • Anonim
    şükür ki var · 13 Yanvar 16:0315

    Nazpəri xanima hallarda onanda artığı valla gözəl xanimdi o

    Cavab yaz
  • Anonim
    Ee · 13 Yanvar 16:5421

    Az basdida .. Avaralar

    Cavab yaz
  • Anonim
    Lale · 13 Yanvar 17:5341

    Sayqanin efirde apardiqi verlisi hec beyenmedim verlise gelenleri sanki pesman etmeye calisirdi 5- sinif sagirdleri ondan seviyyeli verlis aparardilar Edalet ile Nazperinin o verlisden sonra tezyiqi 100- faiz qalxdi O nece guluslerdi efirde gulur yersiz- yersizş men hec ne anlamadim bu qadindan

    Cavab yaz
  • Anonim
    Yox · 14 Yanvar 06:4600

    Ee dözdə

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.