Ölkə

Bakı sakinlərini qorxutmaq istəyən iki nəfər tutuldu

13 Yanvar 2018 13:15
0 Şərh     Baxış: 1 150

Polis Bakıda terrorçuluq barədə yalan məlumat yayanları yaxalayıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumatda bildirilir ki, yanvarın 12-də saat 12.38-də FHN-nin "112" Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsi olacağını bildirib.

Məlumat DİN-in "102" Xidmətinə ötürülüb.

Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Abşeron rayon polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən paytaxt sakinləri olan 2 nəfər "isti izlər"lə müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Nazirlik vətəndaşların nəzərinə çatdırır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcəkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.