Ölkə

Həyat yoldaşının qadağası onu ən böyük arzusundan etdi - Söz-söhbətə səbəb olmamaq üçün ... - FOTO

13 Yanvar 2018 12:21
4 Şərh     Baxış: 4 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən "5/5" verilişində Zaurun qonağı olan xanım xanəndə Səkinə İsmayılova Hindistan filmlərinə, musiqisinə olan böyük sevgisini etiraf edib.

Milli.Az xəbər verir ki, aparıcı Zaur "Hind xanımlarına çox bənzəyir Səkinə xanım, elə deyilmi?" sözləri ilə üzünü tamaşaçılara tutub. Daha sonra o, Səkinə xanımdan hind mahnısı ifa etməyini istəyib. Xalq artisti Zaurun sözünü yerə salmayaraq, "Sanqan" hind filmindən bir mahnı ifa edib. 

İfası bitdikdən sonra Səkinə İsmayılova ailəsinin ona qoyduğu qadağadan danışıb:

"Sənətə gəldiyim ilk vaxtlardan filmlə bağlı problem oldu. Evdən sənətimə mane olmadılar, amma dedilər ki, filmə çəkilmək olmaz. Bu qadağa qoyuldu. Bu qadağa hələ də qalıb".

Xanım xanəndə Hindistandan bir fimə baş rola çəkilmək təklifinin gəldiyini sözlərinə əlavə edib. Lakin ailəsinin qadağası səbəbindən təklifi qəbul etməyib: "Söz-söhbətə səbəb olmamaq üçün bu təklifi qəbul etmədim".

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.