Ölkə

Goranboyda tapılan 104 yaşlı qadın Çeçenistana göndərildi

13 Yanvar 2018 10:27
2 Şərh     Baxış: 2 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboyda küçədə tapılan 104 yaşlı Mədinə Əliyeva Çeçenistana göndərilib.

Milli.Az xəbər verir ki, bu barədə azvision.az-a "Tereza Ana" sığınacağından məlumat verilib.

Bildirilib ki, Mədinə Əliyeva Azərbaycan Daxili İşlər Nazirliyi və Çeçenistandan olan nümayəndəliyin köməkliyi ilə bu ölkəyə yola salınıb. 

"Ona Bakıda lazım olan müvafiq tibbi yardım göstərilib. Lakin qadın Çeçenistanda yaşamaq istəyib", - deyə sığınacaqdan bildirilib. 

Qeyd edək ki, Yeni il bayramı ərəfəsində 104 yaşlı çeçen əsilli Mədinə Əliyeva Goranboy rayonunda tapılıb. Qadının bildirdiyinə görə, onu Mərbəla adı ilə Goranboya gətiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.