Ölkə

Bakı qeyri-adi memarlığı olan şəhərlərin ilk BEŞLİYİNDƏ

12 Yanvar 2018 14:53
1 Şərh     Baxış: 2 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı qeyri-adi memarlığı olan şəhərlərin beşliyinə daxil edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məşhur turizm bələdçisi "Lonely Planet" qeyri-adi memarlığı ilə seçilən şəhərlərin reytinqini hazırlayıb. Turistlərin daha çox bəyənməsinə əsasən tərtib edilən reytinq Paris, Nyu York, London kimi dünyanın əsas memarlıq mərkəzlərində olduğu üçün yeni marşrutlar axtaranlara ünvanlanıb.

TOP-10-u İspaniyanın Barselona şəhəri açır. İkinci yerdə İstanbul, üçüncü yerdə isə Roma qərarlaşıb. İlk beşlikdə Çinin Şanxay şəhəri və Azərbaycanın paytaxtı Bakı da var.

Bakıda turistlərə İçərişəhərdə orta əsrlərdən qalma küçələrdə gəzmək, Qız qalasına, eləcə də Heydər Əliyev Mərkəzinə baş çəkmək məsləhət görülür.

Növbəti beşliyə Brazilia, Oksford, Mayami, Mumbay və Çikaqo daxildir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.