Ölkə

Azərbaycanlı müğənninin rəqsi canlı yayıma damğa vurdu: hər kəs təəccüblə baxdı - VİDEO - FOTO

12 Yanvar 2018 12:45
16 Şərh     Baxış: 29 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "10-dan sonra" verlişində Yusif Ağayevin qonağı Xatun Əliyeva və Elçin Cəfərov olub.

Milli.Az xəbər verir ki, xanım ifaçı tamaşaçının ona ünvanladığı "2018-ci ildə kimi parodiya edəssiniz?" sualına "Mənə parodiyanı artıq qadağa qoyublar" cavabını verib.

Müğənni daha parodiya etməyəcəyi qərarını belə şərh edib:

"Mən bir müddət parodiya ilə özümü piar elədim. İnanın ki, parodiya edəndən sonra nə oxudum "tutdu". Bunu düşünmək üçün insanın ağlı, savadı olmalıdır. Yəni, əslində, bu düşünülmüş bir şeylər idi. Keçən il həm parodiya, həm aparıcılıq oldu. Bu il oxumaq istəyirəm e...".

Bu sözlərin ardınca cazibədar müğənni əyləşdiyi yerdə canlı ifa etməyə başlayıb.

Studiyadakılar müğənninin mahnını tez bitirəcəyini düşünsələr də, Xatun mahnını sonuna kimi ifa edib. Xatunun bu hərəkəti təəccüblə qarşılanıb.

Müğənni addımını "Yəni səsim də var, oxuya da bilirəm, demək istədim" sözləri ilə izah etməsi Elçin Cəfərov və Yusifin gülüşünə səbəb olub.

Daha sonra mahnısı səslənən Xatunun rəqsi maraqla qarşılanıb.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı müğənninin rəqsi canlı yayıma damğa vurdu: hər kəs təəccüblə baxdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.