Ölkə

Sabirabadda AĞIR QƏZA: 5 nəfər yaralı var

11 Yanvar 2018 11:11
0 Şərh     Baxış: 888
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, ötən gecə Sabirabad şəhərinin  H.Əliyev prospektində Narlıq kənd sakini, 1955-ci il təvəllüdlü Əliyev Əlican Əliquzu oğlunun idarə etdiyi "Hyundai" markalı, 54 BJ 348 dövlət nömrə nişanlı avtomobillə, Sabirabad sakini, 1960-cı il təvəllüdlü Quliyev İlham Soltan oğlunun idarə etdiyi  "Mercedes" markalı, 10 BL 313 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü və sərnişinlər- Narlıq kənd sakinləri, 1964-cü il təvəllüdlü Əliyeva Mehriban Ağalar qızı (hər 2 qolunun sınığı), 2016-cı il təvəllüdlü Əliyev Bağır Kamran oğlu və 1998-ci il təvəllüdlü Cəfərova Fərqanə Elsevər qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.