Ölkə

Türk-müsəlmanlara qarşı soyqırımlarla bağlı beynəlxalq konfrans keçiriləcək

10 Yanvar 2018 15:35
0 Şərh     Baxış: 1 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları" mövzusunda V Beynəlxalq elmi konfrans keçiriləcək.

Tarix İnstitutundan Milli.Az-a verilən məlumata görə, 11-15 aprel tarixlərində keçiriləcək beynəlxalq konfransda "XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları", "1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları", "XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar" bölmələr üzrə məruzələr dinləniləcək.

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq. Məqalələr    (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) fevralın 15-dək Təşkilat Komitəsinə göndərilməlidir.

Məqalələrin həcmi 8-10 səhifədən artıq olmamalı və elektron variant bu e-mail ünvanlarına göndərilməlidir: [email protected][email protected]

Məqalənin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1.5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi və elmi adı qeyd olunmalıdır.

Konfransa ölkə xaricindən qatılan mütəxəssislərin yol xərci öz hesablarınadır. Mehmanxana və yemək xərcləri isə dəvət edən təşkilat tərəfindən ödəniləcək.


Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə - AMEA-nın əsas binası, 6-cı mərtəbə, Tarix İnstitutuna və ya (+994 12) 539-36-15, (+994 12) 539-36-19, (+994 50) 327-41-64,  (+994 50) 614-54-23 nömrəli telefonlarla müraciət etmək olar.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.