Ölkə

Hərbi qulluqçulara mənzil verilib - FOTO

4 Yanvar 2018 16:48
0 Şərh     Baxış: 2 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində Daxili Qoşunların hərbi qulluqçularına mənzillərin orderlərinin təqdimolunma mərasimi keçirilib.

Daxili İşlər Nazirliyi DQ-dən Milli.Az-a veriən məlumata görə, tədbirdə Daxili Qoşunlar komandanının müavini, Maddi-texniki təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov mənzillə təmin olunan hərbi qulluqçuları DİN-nin rəhbərliyi və Daxili Qoşunlar komandanlığı adından təbrik edib. Diqqətə çatdırılıb ki, DQ-nin şəxsi heyəti daim Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Açılışında iştirak edilən, böyük zəhmət hesabına başa gələn yaşayış binası isə bu qayğı və diqqətin daha bir nümunəsidir.

Hərbi qulluqçular adından çıxış edən kapitan Bəxtiyar Əliyev əlamətdar və unudulmaz bir gün yaşadıqlarını deyərək, ailə üzvlərinin hədsiz sevinc hissi keçirdiklərini bildirib. Qeyd edib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin onlara göstərdiyi etimadı bundan sonra da fədakar xidmətləri ilə doğruldacaqlar.

Hərbçi ailələri adından çıxış edən Könül Əliyeva və Fatimə Əliyeva hər zaman dövlət başçısının diqqətini hiss etdiklərini bildiriblər. Bu gün daha bir qayğının şahidi olduqlarını dilə gətirən hərbçi ailələrinin üzvləri belə xoşbəxt anlar yaşadıqlarına görə ölkə Prezidentinə bir daha dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonra mənzillərin orderləri DİN DQ-nin hərbi qulluqçularına təqdim edilib və xatirə şəkli çəkilib.

Zabit Əsgərov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.