Ölkə

Bakıda 7 maşın qaçırıb hissələrlə satan "zek" tutuldu - FOTO

29 Dekabr 2017 13:38
0 Şərh     Baxış: 2 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın bir neçə rayonunda ümumilikdə 7 avtomaşın qaçıran şəxs saxlanılıb.

Bakının Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən paytaxt ərazisində avtomobilləri qaçıran, həmin nəqliyyat vasitələrini sökərək ehtiyat hissələri şəklində satan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi sakini Emin Qurbanov bölməyə ərizə verərək edərək ona məxsus "VAZ 2107" markalı avtomobilin naməlum şəraitdə  qaçırıldığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Amin Ramazanov saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Xətai, Suraxanı və Nizami rayonlarında da analoji cinayətlər törətməsi, ümumilikdə 7 avtomaşını qaçırdığı məlum olub. A.Ramazanov ifadəsində həmin nəqliyyat vasitələrinin akkumlyatorlarını və digər hissələrini sökərək satdığını bildirib.

Qeyd edilən faktlarla bağlı İdarədə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.