Ölkə

"Yol polisinin velosipedi "cərimə meydançası"na aparması düzgün deyil"

18 Dekabr 2017 12:28
0 Şərh     Baxış: 3 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, yol-nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşünas Ərşad Hüseynov Azərbaycanda velosipedçilərin polis tərəfindən saxlanılaraq velosipedlərin "cərimə meydançası"na aparmasına münasibət bildirib.

Ekspert qeyd edib ki, DYP-nin velosipedi cərimə meydançasına aparması düzgün deyil:

"Nəzəri olaraq yalnız sərxoş velosipedçi qaydaları pozarsa, velosipedi idarə etməkdən kənarlaşdırılmalıdır (sərxoş olsa da, qayda pozmursa, kənarlaşdırıla bilməz). Amma bu halda velosipedi cərimə meydançasına qoymaq təcrübi baxımdan düz deyil, çünki avtomobil və motosikletdən fərqli olaraq velosipedin nömrəsi, onun sahibinin bu barədə sənədi ("texpasport") olmur. Ona görə də həmin velosipedin kimin olması, kimə qaytarılması mübahisə doğurar. Bizdəki "cərimə meydançaları" da velosipedi saxlama şəraitinə malik deyil. Bu səbəbdən hətta göstərdiyim halda belə velosipedçiyə deyilməlidir ki, velosipedi sürmədən özün yoldan yığışdır (səki ilə itələyib apar, başqasını çağır sürsün və s.)".

Bununla belə Ə.Hüseynov hesab edir ki, aeroport yolu dediyimiz yol avtomagistral olmadığından orada velosipedlə hərəkət qadağan deyil, sadəcə, çox təhlükəlidir:  Onun sözlərinə görə, velosipedlərin bu tipli yollarda hərəkətinin çox aydın qaydaları var. Belə ki, "Yol hərəkəti haqqında" Qanunun 46-cı maddəsinin I hissəsində qeyd edilir ki, velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır.

Ekspert bildirib ki, əvvəlki bənddə nəzərdə tutulan qaydaları pozan velosipedçiləri aşkar edən DYP əməkdaşı onları dayandıraraq, qaydalara uyğun hərəkət etmələrini tələb edə bilər, amma məhz 2 və daha çox cərgə ilə getməyə, yaxud dəstələrə bölünməmiş getməyə görə cərimə nəzərdə tutulmur.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.