Ölkə

Nail Allahverdiyevə HÖKM OXUNDU

18 Dekabr 2017 12:21
20 Şərh     Baxış: 10 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin məhkəməsi yekunlaşıb.

Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesə jurnalistlər buraxılmayıb. İclasda N.Allahverdiyevə cəza istənilib. Dövlət ittihamçısı çıxış edərək ittihamdan "hadisə yerindən qaçma" maddəsinin çıxarılmasını istəyib və N.Allahverdiyevə 7 il azadlıqdan məhrumetmə cəzasının verilməsini təklif edib. Hazırda hakimlər hökmü elan etmək üçün müşavirəyə çıxıb.

Müşavirədən sonra məhkəmə kollegiyasının hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə N.Allahverdiyevin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsinə xitam verilib.

Hakim bildirib ki, bu maddə üzrə verilən ittiham məhkəmədə prokurorluq tərəfindən sübuta yetirilməyib. Yəni, N.Allahverdiyev hadisə yerindən qaçmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.