Ölkə

"Azərbaycana gələn miqrantların sayı artır"

18 Dekabr 2017 12:18
Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan dünyada cəlbedici ölkə olub və ona görə də ölkəmizə gələn miqrantların sayı artmaqdadır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

E.Süleymanova bildirib ki, Azərbaycanda miqrantlar üçün bütün şərait yaradılır.

Ombudsman vurğulayıb ki, Azərbaycan miqrantların hüquqlarının qorunması istiqamətində beynəlxalq təşkilatlarla birgə işlər görür.

E.Süleymanova qeyd edib ki, heç bir miqrant Azərbaycanda zorakılığa məruz qalmır, onlara ölkədə qanunvericiliyə uyğun olaraq bütün şərait yaradırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.