Ölkə

600-ə yaxın əcnəbi Azərbaycan vətəndaşı olub

18 Dekabr 2017 12:06
1 Şərh     Baxış: 2 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan bütün miqrantların hüquqlarının qorunması istiqamətində lazımi tədbirləri görür.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

P.Musayev bildirib ki, bu ilin 11 ayı ərzində Azərbaycana gələn əcnəbilərin 38 minindən çoxuna müvəqqəti yaşama icazəsi, təqribən 3 mininə isə daimi yaşayış icazəsi verilib. 573 əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib.

Rəis müqavini əlavə edib ki, qeyd olunan müddət ərzində 10 min nəfərdən artıq əcnəbinin könüllü olaraq öz ölkəsinə qayıtması təmin edilib. Müraciət edən 8 xarici vətəndaşa isə qaçqın statusu verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.