Ölkə

Polis yük maşınlarının sürücülərinə MÜRACİƏT ETDİ

16 Dekabr 2017 13:27
0 Şərh     Baxış: 1 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş DYP İdarəsi yük daşıma fəaliyyəti ilə məşğul olan sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib.

Milli.Az xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sürücülər idarə etdikləri mexaniki nəqliyyat vasitələrində daşıdıqları yükün düşməməsi, hərəkətə mane olmaması üçün hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidirlər:

"Bu Qaydaların pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən qirx manat məbləğində cərimə nəzərdə tutulur.

Həmin Məcəcllənin 122.1-ci maddəsinə müvafiq olaraq qeyd olunan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinı nəzərə alaraq, DİN Baş DYP İdarəsi sürücülərin və avtonəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, yük daşıma qaydalarının pozulmasına, yəni qanunvericiliklə nəzərdə tutulmuş qabarit ölçülərindən kənara çıxan, sürücünün ətrafı görməsini məhdudlaşdıran, toz qaldıran, yolu və ətraf mühiti çirkləndirən, yükün xarici işıq siqnallarının və işıqqaytarıcıların, qeydiyyat və tanınma nişanlarının üstünü tutan, habelə üstünə örtük çəkilmədən taxıl, ot, yem və tökülən digər yüklərin daşınmasına görə həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılır.

Qeyd olunanlar, eləcə də sadalanan qayda pozuntularının sürücü və DYP əməkdaşlarının iştirakı olmadan aşkarlanaraq sənədləşdirilməsi nəzərə alınaraq, bu növ fəaliyyətlə məşğul olan sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə yük daşıma qaydalara ciddi riayət edilməsi tövsiyə olunur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.