Ölkə

Bakıda iki nəfər 40-dək avtomobildən oğurluq etdi - FOTO

16 Dekabr 2017 13:42
0 Şərh     Baxış: 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda törədilmiş 43 cinayətin üstü açılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində bir avtomobildən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa təhvil veriliblər. 

Araşdırmalarla onların Bakı şəhər sakini Fuad Həsənov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif Allahyarov olduqları müəyyən edilib.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər cinayət əməllərinin də üstü açılıb. Onların cari ilin mart-noyabr ayları ərzində rayon ərazisində 37 avtomobildən akkumulyator, güzgülər, maqnitofon, pul, həmçinin 2 mağazadan, 1 kompyuter salonundan, 1 "Topaz" mərc oyunları məntəqəsindən, 1 çay evindən və 1 həyətyanı sahədən pul, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Oğurlanmış 16 ədəd avtomobil akkumulyatoru və 4 ədəd "playstation" kompüteri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir. Onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində       

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.