Ölkə

"Ordu haqqında lazımsız müzakirələr ona problemlər yarada bilər"

16 Dekabr 2017 12:58
Baxış: 1 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ordu mövzusu ilə gündəmdə qalmaq?! Çox təəssüf ki, vaxtaşırı bu metodla gündəmdə qalmaq istəyənlər tapılır. Ya ordu ilə bağlı bir fərziyyə irəli sürürlər, ya da ordu barədə danışmaq haqlarının olduğunu iddia edirlər. Ancaq ordunun qapalı müəssisə olduğunu, öz spesifik qanunları ilə yaşadığını unudurlar. Ya da unutmasalar da, xüsusi olaraq o barədə dəqiqləşdirməmiş fikir irəli sürərək gündəmin qəhrəmanına çevrilməyə çalışırlar.

Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin fikrincə, ordumuz haqqında belə müzakirələrin olmasında daha çox düşmənlərimiz maraqlıdır: "Düşmən yatmır, bizdən çox uzaqda kompüter arxasında oturaraq belə "qəhrəmanları" qızışdırırlar, ordu barəsində açıq söhbətlərin getməsinə çalışırlar. Bütün fikirləri diqqətlə oxuyurlar, onlara bu söhbətlərdə ehtiyatsız deyilmiş bir məlumat lazımdır ki, gələcək planlarını onun üzərində qursunlar. Ona görə də ordu haqqında ancaq rəsmi materialların yayılması norması ilə razılaşmalıyıq".

A.Mizəzadə qeyd edib ki, müharibə hələ bitməyib və ordu haqqında lazımsız müzakirələr ona problemlər yarada bilər: "Tarix boyu qələbələri həmişə ordunu sevməklə qazanıblar".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.