Ölkə

Azərbaycanda daha bir yeni medal təsis edildi

15 Dekabr 2017 17:36
0 Şərh     Baxış: 1 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda daha bir yeni medal təsis edildi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni medal Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) yubileyi ilə bağlı təsis edilib.

Bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

"Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993 - 2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il avqustun 23-dək Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, xidmətdə səmərəli fəaliyyət göstərən mülki işçilər, xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə onun fəaliyyəti ilə bağlı layiqli xidmət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin digər silahlı birləşmələrin hərbi qulluqçuları və başqa şəxslər təltif edilirlər. Medal bürüncdən tökülüb və qızıl suyuna çəkilib, milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.

Yeni medalla bağlı qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.