Ölkə

1100 nəfər dərman içdi ki, sağalsın, amma zəhərləndi

15 Dekabr 2017 14:00
0 Şərh     Baxış: 2 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Kliniki Tibbi Mərkəzə dərmandan zəhərlənmə ilə bağlı 1100 müraciət daxil olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, müraciətlər çox olsa da, onlardan 602 nəfəri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib: "Ötən il isə dərmandan zəhərlənmə halları ilə bağlı mərkəzə 1400 müraciət daxil olub. Onlardan 1062 nəfər stasionar müalicəyə qəbul olunub. Qəbul olunanlardan ölüm halı olmayıb".

A.Maqsudov bildirib ki, dərmandan zəhərlənmə hallarının çox olması ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil: "Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu cür hallar da sonda zəhərlənmə ilə nəticələnir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.